Ötən həftə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 41 nəfəri və narkotik maddə alverində şübhəli bilinən 5 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumilikdə 47,45 qram marixuana, 27,095 qram tiryək, 10,270 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 25 kq 115 qram tiryək aşkarlanıb.
C.Həmidov