Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində "Ebola virusu-bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda fakültənin müəllim, rezident və tələbələri iştirak ediblər.
Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev məruzə ilə çıxış edib.
Məruzədə Ebola virusunun yayılma coğrafiyası, onun yaratdığı problemlər və bu virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər qeyd edilib.
Sonra Silahlı Qüvvələrin baş infeksionisti, tibb xidməti polkovniki Azər Nağıyevin "Virus mənşəli hemorragik qızdırmalar", tibb xidməti polkovnik-leytenantı Azad Məmmədovun "Ebola virusu tərəfindən törədilən xəstəlik" və tibb xidməti polkovnik-leytenantı Fərhad Meybəliyevin "Kontagioz hemorragik qızdırmalarda əks-epidemik tədbirlər" mövzusunda məruzələri dinlənilib.
A.Zeydullayeva