Azərbaycan KİV-ləri milli mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahısına daxil edilməsi barədə məlumatları daha ətraflı və böyük diqqətlə işıqlandırmalıdırlar. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyininn müxbirinin məlumatına əsasən, bununla əlaqədar çərşənbə axşamı keçirilən mətbuat konfransında nazir bu yaxınlarda Ermənistanın lavaşın məhz erməni irsinin nümunəsi kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə cəh etdiyini xatırladıb.
Ə.Qarayevin sözlərinə görə, bəzi KİV-lər bu barədə məlumatı düzgün təfsir etməyərək “lavaşın erməniləşdirilməsi” mövzusunda istehza etməyə başladılar.
“Bununla belə heç kəs demir ki, əslində lavaş bütün regionun irs nümunəsi kimi UNESCO tərəfindən qəbul olunub. Biz lavaşın Ermənistanda da bişirildiyini təkzib etmirik, lakin yalnız orada deyil, həm də Azərbaycan, Türkiyə, İran və digər ölkələrdə də bişirilir”, - deyə nazir vurğulayıb.
“Biz ölkəmizin xeyrinə birgə çalışmalı və düşməni dəstəkləməməliyik”, - deyə Ə.Qarayev qeyd edib.
A.Zeydullayeva