Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Rus aləmi” Fondunun Rus mərkəzində rus musiqi cəmiyyətinin əsasını qoşmuş Anton Qriqoriyeviç Rubinşteynə həsr olunmuş ədəbi musiqili gecə keçirilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” təşkilatının Aqzərbaycan nümayəndəliyindən məlumat verilib.
Tələbələr- S.Dadaşova, L.Hacıyeva, A.Qəndahova, H.İsmayılov, F.Abdullayev toplaşanlara görkəmşi pianoçu, bir çox musiqili gecə və disputların təşkilatçısı A.Rubinşteyn barədə məlumat veriblər.A.Rubinşteyn bəstəkar kimi müxtəlif janrlarda işləyib və bu gün geniş ictimaiyyət tərəfindən sevilən gözəl əsərlər yaradıb.
Tədbirdə A.Rubinşteynin əsərlərindən hissələr səsləndirilib.
“Rus aləmi”Fondunun rəhbəri Arzu Məmmədova toplaşanlara minnətdarlığını bildirərək deyib ki, A.Rubinşteyn və onun yaradıcılığı Azərbaycana yaxşı tanışdır. Bir çox azərbaycanlı onun təşəbbüsü ilə yaradılmış Peterburq Konservatoriyasında həm təhsil alıb, həm də dərs deyiblər.
A.Zeydullayeva