Fiziki imkanları məhdud olan vətəndaşlara qayğı Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 3 dekabr - Beynəlxalq əlillər Gününə həsr olunan tədbirdə bəyan edib.
“Azərbaycanda fiziki imkanları məhdud olan 530 mindən artıq şəxs yaşayır. Və dövlətin əsas məqsədi həmin şəxslərin özlərini heç nədə məhdudlaşdırılmış hiss etməmələri üçün lazımi şəraitin yaradılmasıdır”, - deyə nazir vurğulaylıb.
Onun sözlərinə görə, cari il dövlət başçısı əlillərə yardıma yönələn 10-a yaxın sərəncam imzalayıb.
S.Müslümov qeyd edib ki, dövlət fiziki imkanları məhdud olan vətəndaşları mənzil, xüsusi avtomobillərlə təmin edir, onlara sosial müavinətlər ayırır.
“İnsanların əlillərə təəssüf hissi ilə yanaşmamaları çox vacibdir, onları cəmiyyətin tamhüquqlu üzvləri kimi qəbul etməlidirlər. Əlillərin cəmiyyətə inteqrasiyası üçün zəruri şəraitin yaradılması məqsədilə əlimizdən gələni etməliyik”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu gün dünyada 1 mlrd.-dan artıq əlil insan yaşayır.
“Statistika göstərir ki, onların 80%-i inkişaf etmiş ölkələrdə yaşayırlar. O cümlədən, məlumdur ki, əlilliyi olan uşaqlar sağlam yaşıdlarından dörd dəfə artıq təcavüzə məruz qalırlar”, - deyə nazir qeyd edib.
S.Müslümov qeyd edib ki, dövlət hər il əlillərin ehtiyaclarına büdcə xərcləri artırır.
Nitqində nazir, həmçinin ölkənin müxtəlif regionlarında inşa olunan və yenidən qurulan reabilitasiya mərkəzləri məsələsinə toxunub.
Tədbirdə 994 nəfərin iştirak etdiyi əlillər arasında stolüstü idman növləriüzrə IVÜmumrespublikayarışlarının mükafatçı və qaliblərin təltifetmə mərasimi keçirildi.
R.Babayev