Vergilər Nazirliyi 2014-cü il dekabrın 3-nə borcu olan vergi ödəyicilərinin siyahısını dərc edib.
Vergilər Nazirliyinin saytında dərc edilmiş siyahıya əsasən, bura 219 vergi ödəyicisinin adı daxil edilib.
Siyahıya daxil edilmiş hüquqi və fiziki şəxslərin 128-i Bakıda fəaliyyət göstərir.
Onların arasında “Bakı elektromaşın” maşınqayırma zavodu, “3 MS LTD” zeytun emalı müəssisəsi, “Miri Grand” şirə zavodu, “Ganca Monolit” beton zavodu, “Qazax-Konserv” zavodu, “Azərkarton” karton fabrikinin də adları var.
Siyahıya həmçinin “Ramin”,“Sahil”, “Dörd qardaş”, “Gülüstan”, Ruslan” şadlıq evlərinin də adları daxil edilib.
Bundan başqa, siyahıda xarici neft və xidmət şirkətlərinin Azərbaycandakı filiallarının adları da var.Bunlar "HESS (ACG) Limited", "Karasu Development Company", "Roteriencinirinq Limited", "Petroleum Services Group" şirkətləridirlər.
A.Axundov