Müdafiə Nazirliyi cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrin döyüş qabiliyyətini yoxlayır. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidməti məlumat verib.
Bundan başqa, şəxsi heyətin maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.
Yoxlamalar müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən yeni tədris ilinə hazırlıq məqsədilə kompleks tədbirlər çərçivəsində nazirin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup tərəfindən həyata keçirilir.
F.İsazadə