Rusiya və Belarus səfirləri İmişli rayonuna səfər ediblər.Bu barədə “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Rusiyanın və Belarusiyanın ölkəmizdəki səfirləri Vladimir Doroxin və Nikolay Paskeviç,
həmçinin “Rossotrudniçestvo” təşklatının Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə görüşüblər.
Qonaqlara rayonun və İmişli şəhərinin sosial iqtisadi inkişafı barədə məlumat verilib.
Rusiya və Belarusun regionları ilə əlaqələrin hərtərəfli inkişafı məsələlərinə baxılıb.Sonra qonaqlar İmişli Şəkər zavoduna baş çəkiblər.
Diplomatlar Böyük Vətən Müharibəsi veteranları və İmişli rayon Rus icmasının nümayəndələri ilə görüşüblər.
5 nömrəli məktəb liseyin şagird və müəllim kollektivi ilə görüş də çox maraqlı keçib.
Burda məktəblilərin yarıdan çoxu rus dilində təhsil alır.Onlar qonaqlara rus dili bilgilərini və rus klassiklərinin əsərlərini nümayiş etdiriblər.Diplomatlarla söhbət zamanı məktəblilər Rusiya və Belarusun tarix və coğrafiyasına dair biliklərini nümayiş etdiriblər.
Məktəbin direktoru Validə Zülfüqarova məktəbdə rus dilinin öyrənilməsi prosesi barədə söhbət açıb. Məktəbin şagirdlərinin respublika rus dili olimpiadasında və Rusiya ali məktəblərinə daxil olmaq üçün imkanlarının olduğu bildirilib.
Qonaqlar həmçinin 4 nömrəli uşaq baxçasında da olublar.
Uşaq baxçasında tərbiyə alan balacalar qonaqları rus dilində mahnı və rəqslərlə qarşılayıblar.
“Rossotrudneçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin adındam məktəbə bədii və metodiki ədəbiyyat, uşaq baxçasına isə nağıl və hekayə kitabları, cizgi filmi diskləri hədiyyə edilib.
A.Zeydullayeva