Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Bakı Dövlət Universiteti arasında Niyyət Memorandumu imzalanıb.Bu barədə komitənin məlumatında qeyd edilir.
Memorandum QKDK ilə BDU arasında birgə layihələrin reallaşdırılmasını, elmi-praktiki konfrans və seminarların keçirilməsini nəzərdə tutur.
Bundan başqa, QKDK və BDU tələbələrin kapital bazarı və s. mövzuları dərindən öyrənməsi və təcrübə qazanması məsələləri üzrə əməkdaşlıq edəcəklər.
A.Əzizov