Bu gün Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadaları Bakı məktəblərinin birinin qazanxanasında baş vermiş yanğınla mübarizə aparırlar. Bu barədə “İnterfaks-Azərbyacan” agentiyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə FHN-in yanğından mühafizə xidmətinin briqadaları cəlb olunub, hazırda yanğınla mübarizə aparılır.
Yanğının tədris korpusuna təsiri olmasa da şagird və müəllimlər təhlükəsizlik məqsədi ilə təxliyə ediliblər. Müvvəqqəti olaraq qazanxananın qaz təchizatına məhdudiyyət qoyulub.
F.İsazadə