Azərbaycan Beynəlxalq Bankının (ABB) müştəriləri olan fiziki şəxslərin sayı 2014-cü il noyabrın 1-nə 920,411 min manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricini 6,8% üstələyir. Bu barədə ABB-nin məlumatında qeyd edilir.
“Yanvar- oktyabr aylarında bankın müştərilərinin sayı 58,679 min nəfər artıb”,- deyə məlumatda bildirilir.
Bundan başqa, 10 ay ərzində ABB-nin hüquqi şəxs olan müştərilərinin sayı 350-dən 14,157 minə qədər artıb.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov