“Azərkosmos” ASC 23 mln. 610,6 min manat məbləğində səhmlərin əlavə emissisyası hesabına nizamnamə kapitalının 59% - 63 mln. 610,6 min manatadək artırılması prosesinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
QKDK cəmiyyətin səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb.
Əlavə emissiya bir qiymətli kağız üçün nominalı 20 manat olan 1 mln. 180,530 min səhmə bölünüb.
Hazırda “Azərkosmos”un nizamnamə kapitalı 40 mln. manata bərabərdir və 2 mln. ədəd səhmə bölünüb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
A.Əzizov