İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzərİbrahimi TürkmənAzərbatycan və İranla mədəni əlaqələrin genişlənməsini zəruri hesab edir.
“İran və Azərbaycan qədim və ümumi tarixə malikdir. Bizim yaxınlaşmaq üçün digər yollar axtramağımıza ehtiyac yoxdur”, deyə Ə.Türkmən cümə axşamı Bakıda mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, Azərbaycanın zənginliyi sadəcə neft və qazdan ibarət deyil.
“Azərbaycanın zənginliyi - ata və babalardan miras qalan mədəniyyətidir”.
Onun sözlərinə görə, İran və Azərbaycan münasibətlərinin parlaq gələcəyi var.
“Dövlət başçıları ölkələr arasında münasibətləri genişləndirməyə çalışırlar, biz onların gözləntilərini doğrultmalıyıq. Təşkilatımızın dünyanın 60 ölkəsində 80 nümayəndəliyi var. Lakin Azərbaycanın həmin ölkələr arasında ən mühüm olduğunu hesab edirik”, - deyə o vurğulayıb.
Ə.Türkmən həmçinin qeyd edib ki, ölkələr biri-birində Mədəniyət Günləri keçirəcəklər.
“Azərbaycanın Mədəniyyət Günləri 2015-ci ildə, İranın Azərbaycanda Mədəniyyət Günləri 2016-cı ildə keçiriləcək”, - deyə o məlumat verib.
F.İsazadə