Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəbul dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Fizuli, Xocavənd və Laçın şəhəri və regionların sakinləri nazirə müraciət edə bilərlər.
Ə.Qarayevin qəbuluna düşmək istəyənlər nazirliyin elekton poçtuna ərizə göndərərək qeydiyyatdan keçməli və ya rayonların müvafiq mədəniyyət və turizm idarələrinə müraciət etməlidirlər.
A.Zeydullayeva