Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərinə səfər çərçivəsində ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşüb. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
Görüş zamanı tərəflər vətəndaş cəmiyyətinin inkişafı və regional məsələləri müzakirə ediblər. E.Məmmədyarov Azərbaycanda ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib və dünya birliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulması probleminə daha artıq diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, ABŞ bu problemi gündəmdə saxlamaqla Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər.
F.Hüseynzadə