Dekabrın 15-də Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Biznes forum Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-a yaxın Polşa şirkəti iştirak edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov