2014-cü ilin noyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 8,3 % uçuşlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
O cümlədən, mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 9,1%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,8 % ucuzlaşıb.
2014-cü ilin noyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 9,1 %, metal filizlərinin hasilatı üzrə 0,9 %, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 4,6% ucuzlaşma müşahidə olunub.
Noyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompüter, elektron və optik məhsulların istehsalı üzrə 9,9% metallurgiya sənayesi üzrə 4,5 %, neft məhsullarının istehsalı üzrə 4,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4%, toxuculuq sənayesi üzrə 2,1 %, qida məhsullarının istehsalı üzrə 0,7%, tikinti məlumatlarının istehsalı üzrə 0,5 %, kimya sənayesi və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,4 %, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3% içki istehsalı və geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.
N.Abbasova