Azərbaycan polisi narkotik maddə satışının qarşısını alıb.Bu barədə “İnterfaks-Azərbyacan” agentliyinə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Sabunçu rayon Polis İdarəsinin Narkotiklərə mübarizə şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ramin Əlizadə saxlanılıb.Axtarış zamanı onun evindən 500 qram heroin aşkarlanıb.
Saxlanılan şəxsin əvvəllər məhkum olunduğu müəyyən olunub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda narkotik maddənin əldə edilməsi, saxlanılması və satılması) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov