Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun "Böyük qoç" (1982) rəsm əsəri Böyük Britaniyanın Sotheby`s hərrac evində 68,500 ingilis funtuna satılıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Böyük Britaniyabnın məşhur "Sotheby`s" Hərrac Evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kuratoru Suad Qarayevanın bu layihənin gerçəkləşməsində mühüm rolu olub.
Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyov XX əsrdə Bakda və Parisdə yaşayıb, yaradıb.
Onun Bakı, Moskva, Vinüs, Volqoqrad, Praqa, Varşava və s. şəhərlərdə fərdi sərgiləri təşkil olunub.T.Nərimanbəyov “Qobustan kölgələri”, “Nəsimi haqqında deyilənlər”, “Min bir gecə” tamaşalarının quruluşçu rəssamı olub.Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “İstiqlal” ordeninə və Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə “ Şərəf” ordeninə layiq görülüb.
T.Nərimanbəyov 2013-cü il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib və orda dəfn olunub.
A.Zeydullayeva