Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS telekanalının saytında məlumat verilir.
“Mercedes” markalı avtomobillə “Ford” markalı avtobusun toqqusması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 4 nəfər minik avtomobili, iki nəfərə isə avtobusun sərnişinidir. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyəti ağırdır.
İlkin ehtimala görə, qəza avtomobusun yüksək sürətlə isdarə olunması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır
Y.Əliyev