Filippinə “Haqiput” qasırğasının yaxınlaşması ilə əlaqədar 2,5 milyona yaxın insan təcili təxliyə olunmalıdır.Bu barədə ölkə hakimiyyəti xəbər verib.
Təbii fəlakətin şənbə və ya bazar günü Filippinin şərq hissəsinə çatacağı gözlənilir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, “Haqiput” son saatlarda xeyli güclənib, küləyin sürəti saatda 215 km saat, bəzən 250 km-ə çatır. Mütəxəssislər “Haqiput” qasırğasının ötən ilin noyabr ayında baş vermiş “Hayyan” qasırğası ilə müqayisə edirlər. “Hayyan” qasırğası zamanı 7,3 min nəfər itkin düşmüşdü.