ABŞ-ın Bakıdakı səfirliyi Senat tərəfindən Robert Sekutanın Azərbaycandakı səfir postuna tezliklə təsdiqinə ümid edir.
“Biz Senat tərəfindən onun namizədliyinin təsdiqini səbirsizliklə gözləyirik. Və ümid edirik ki, bu yaxın zamanda baş tutacaq”, - deyə “İnterafks-Azərbaycan” agentliyinə ABŞ-ın Bakıdak diplomatic nümayəndəliyindən qeyd ediblər.
Səfirlikdən məlumat verilib ki, dekabrın 4-də ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə Robert Sekutanın namizədliyi təsdiq olunub. İndi isə son qərarı yaxın zamanda bu təyinatı müzakirə edəcək ABŞ Senatı qəbul edəcək.
F.İsazadə