Azərbaycan KİV-ləri öz işinə daha məsuliyyətlə yanaşmalı və qoşunların təmas xəttində baş verən hadisələrlə bağlı Ermənistanın müntəzəm olaraq yaydığı yalan informasiyaya uymamalıdırlar.Prezident Administrasiyasının
İctimai -siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev belə bir bəyanatla çıxış edib.
“İyul-avqust aylarında Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində baş verən hadisələr və həmin dövrdə bəzi yerli KİV-lərdə bu hadisələrin işıqlandırılması zamanı müşahidə olunan qeyri-peşəkarlıq informasiya təhlükəsizliyi məsələsinin aktuallığını daha da artırdı”,- deyə V.Əliyev Azərbaycan Prezident Administarsiyası, Mətbuat Şuarası və Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuş “İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu hadisələrdən sonra ölkə rəhbərliyi, xüsusən də Prezident Administarsiyası tərəfindən informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq addımlar atılıb, bu istiqamətdə Azərbaycanın KİV orqanları ilə iş aprılıb.
V.Əliyev qeyd edib ki, 2014-cü il 24 sentyabrda Azərbaycan prezidenti İlham Əliyev “ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam verib
“Ötən müddət ərzində bu məsələdə, o cümlədən jurnalistlərin cəbhə bölgəsində baş verən hadisələri işıqlandırmasında, müsbət irəliləyişlər müşahidə olunub ki, bu da bu da Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan qoşunlarının hərbi təlim keçməsi və bu təlimlər zamanı ermənilərə məxsus helikopterin Azərbaycan tərəfindən vurulmasına dair yayılan informasiyada özünü açıq şəkildə göstərdi.Azərbaycan KİV-ləri bu dəfə noyabr ayında cəbhə xəttində baş vermiş gərginliyi əsl peşəkarlıq nümayiş etdirərək düzgün işıqlandıra bildilər”,- deyə V.Əliyev vurğulayıb.
O dövlət sirri xarakteri daşıyan informasiyanın işıqlandırması zamanı xüsusi ciddi yanaşma tələb olunduğunu söyləyib.
“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün xaricdən gələn qrantlar hesabına yaşayan “beşinci kolon” öz fəaliyyətini davam etdirir”,- deyə V.Əliyev qeud edib.
R.Babayev