Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi 2014-cü ilin yanvar-noyabr aylarında dövlət qeydiyyatından keçməmiş 440 radioelektron cihaz aşkarlayıb.Bu barədə RYTN-nin məlumatında bildirilır.
“Müəssisə, təşkilat və şirkətlərdə istifadə olunan radioelektron vasitələrin texniki baxışı zamanı 440 qeydiyyatdan keçməmiş cihaz aşkarlanıb. Onlardan 270-i möhürlənib, 129-u qeydiyyatdan keçirilib,41 cihazın qeydiyyatı üzrə iş gedir”,- deyə məlumatda bildirilir.
RYTN-in məlumatına əsasən, qanunsuz radioelektron cihaz istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 33 protokol tərtib edilib və məhkəmə instansiyalarına göndərilib.
N.Abbasova