Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzi və Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Qonaqlar elektron kitabxana, burada oxucular üçün yaradılan şəraitlə tanış olublar. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qonaqlara elektron kitabxana haqqında ətraflı məlumat verərək, onun müasir standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev qonaqlara elektron kitabxana haqqında ətraflı məlumat verərək, onun müasir standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb. Qeyd etdi ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyasından istifadə olunur. Burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.
Daha sonra qonaqlar institutun Elmi Tədqiqatlar Mərkəzi ilə tanış olublar. Akademik Rasim Əliquliyev Mərkəzdə faəliyyət göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib. Bildirilib ki, burada informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, İnternetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi, informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və s. iqtiqamətlərdə elmi araşdırmalar aparılır.
Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov , təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, KİV nümayəndələri iştirak ediblər.
A.Zeydullayeva