2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 5,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 94,7%-ni qeyri-ərzaq malları təşkil edib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-noyabr aylarında əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarını əsasən hüquqi şəxslərin ticarət şəbəkələrindən alıb.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 2,6 mln. manat təşkil edib.
A.Əzizov