Azərbaycan və Fransa tikinti, infrastruktur layihələri, təhsil sahələrində münasibtələrin inkişafı üçün geniş imkanlara malikdir. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin MustafayevFransanın "Total" şirkətinin Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti Maykl Borrelli ilə görüşdə bildirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurlu fəaliyyətini qeyd edib.
Görüşdə Fransa tərəfinə Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib.
Həmçinin tərəflər "Total" şirkətinin ölkədəki fəaliyyətini müzakirə ediblər.
A.Axundov