Azərbaycanın hüquq-mühafizə orqanları Quba rayonunda Qırmızı Sloboda qəsəbəsində dağ yəhudiləriicmasının başçısıBoris Simanduyevin evinə basqın faktını açıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Quba Rayon Polis İdarəsindən məlumat verilib.
Bir gün əvvəl həyata keçirilən əməliyyat zamanı rayonun iki sakini saxlanılıb. Hazırda bu cinayətdə iştirak edən digər şəxslərin tapılıb istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. İstintaq sirri olduqundan onların adları açılmır.
Dekabrın 6-da evə basqın edən naməlum şəxslər B.Simanduyeva bədən xəsarəti və bacısı Lizaya bıçaq xəsarəti yetiriblər. Nəticədə bacısı rayonun Mərkəzi Xəsətəxanasına çatıdırlıb və əmliyyat olunub. Yaşayış evindən B.Simanduyevə məxsus 100 min manatdan artıq pul, qızıl-zinət əşyaları, həmçinin sinaqoqun açarları oğurlanıb. Sinaqoqa baxış zamanı zorla daxil olma izləri aşkar edilməyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
C.Həmidov