Azərbaycanın hüquq-mühafizə orqanları Quba rayonunda Qırmızı Sloboda qəsəbəsində dağ yəhudilərinin icmasının başçısıBoris Simanduyevin evinə basqın edən beş nəfəri isti izlərlə saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazirliyin məlumatında qeyd olunur ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov saxlanılıblar.
Saxlanilan şəxslərdən evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə)maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dekabrın 6-da evə basqın edən naməlum şəxslər B.Simanduyeva bədən xəsarəti və bacısı Lizaya bıçaq xəsarəti yetiriblər. Nəticədə bacısı rayonun Mərkəzi Xəsətəxanasına çatıdırlıb və əmliyyat olunub. Yaşayış evindən B.Simanduyevə məxsus 100 min manatdan (130 min ABŞ dollarına yaxın) artıq pul, qızıl-zinət əşyaları, həmçinin sinaqoqun açarları oğurlanıb. Sinaqoqa baxış zamanı zorla daxil olma izləri aşkar edilməyib.
F.İsazadə