Dekabr ayında Bakıda keçirilməsi nəzərədə tutulan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun növbəti iclası daha gec müddətə keçirilib. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bazar ertəsi jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, iclasın vaxtının keçirilməsinə səbəb tərəflərin iş qrafikinin uyğunlaşmaması olub.
Nazir müavini qeyd edib ki, təxminən gələn ilin əvvəlində keçiriləcək bu görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Y.Əliyev