Cəlilabad şəhəri ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə rayonun Polis Şöbəsindən məlumat verilib.
Ələt-Astara yolunda “VAZ-2107” markalı iki avtomobil toqquşub. Nəticədə sürücülərdən biri Ramil Bayramov və digər avtomobilin sərnişini Nazi Mehdiyev hadisə yerində həlak olublar. Bundan başqa, ikinci sürücü müxtəlif dərəcəli xəsarətlərlə rayonun Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı istintaq gedir.
C.Həmidov