Quba şəhərində “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Konfrans 2015-ci il martın 29-dan aprelin 1-də AMEA Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 2015-ci il yanvarın 30-dək Təşkilat Komitəsinə göndərə bilərlər.
A.Zeydullayeva