Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisəöləri 23 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 44 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 68 nəfrə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən iri yol-nəqliyyat hadisəsi Goranboy rayonunda baş verib. Burada yolsuzluq avtomobili “Hyundai” yolun kənarında park edilən “VAZ-21011” markalı avtomobilə çırpılıb. Nəticədə üç nəfər həlak olub.
Bundan başqa, Ucar rayonunda “ВMW” hasara çırpılıb, üç nəfər həlak olub.
C.Həmidov