Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen Gəncə ilə tanış olmaq üçün bu şəhərdə səfərdədir. Bu barədə “İnterfax-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Tarixi və müasirlik baxımından, Gəncə Azərbaycanın böyük və əhəmiyyətli şəhəridir. Bizim mer ilə səmimi söhbətimiz oldu. Güman edirəm ki, şəhəri gəzməyə və insanlarla yaxından ünsüyyət qurmağa vaxtım olacaq”, – deyə B.Svendsenbildirib.
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş zamanı diplomata
şəhər əhalisinin sayı və əhalinin məşğulluğu, tikinti və infrastruktur layihələri, sənayenin inkişafı və mədəni həyatı barədə məlumat verilib.
F.Mehdiyev