ABŞ –da fəaliyyət göstərən Azərbaycan -Türkiyə diaspor təşkilatı “Pax Turcica” öz tərəfdarları arasında kampaniya apararaq Kaliforniyanın Fresno Dövlət Universitetində “erməni soyqırımı” qurbanlarının xatirəsinə abidə qoyulması təşəbbüsünün qarşısını almağa çalışır.
Keçən ay universitetin ərazisində memorialın bünövrəsi qoyulub.
“Pax Turcica” təşkilatının müraciətində bildirilir ki, belə bir adla memorialın yaradılması bir tərəfdən tarixi faktların təhrif edilməsidir, çünki erməni soyqırımı heç bir məhkəmə tərəfindən tanınmayıb, digər tərəfdən bu həmin dövrdə ( birinci dünya müharibəsi illərində) erməni terrorçu qruplaşmalarının türk, kürd, çərkəz və digər müsəlmanları kütləvi şəkildə qətlə yetirməsi faktının inkar edilməsi deməkdir.
Bununla əlaqədar olaraq, “Pax Turcica” sözügedən universitetin administrasiyası qarşısında monumentin quraşdırılması barədə qərara yenidən baxmaq və ya bu monumentin adının dəyişdirilməsi barədə məsələ qaldırmaq niyyətindədir.
F.Hüseynzadə