Ermənistanda antisemitizm ölkədə onsuz da kiçik olan yəhudi icması üçün real təhlükədir. Bu barədə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası("Azİz")idarə heyətinin üzvü Arye Qut “Jewish News & Israel News” nəşrində yazır.
“Yalnız son 20 il ərzində Ermənistanın yəhudi əhalisi 5 mindən iki yüz nəfər qədər azalıb”, - deyə o qeyd edir.
Məqalənin müəllifi vurğulayır ki, bu yaxınlarda keçirilən müstəqil sorğunun nəticələri göstərir ki, bu gün Ermənistan antisemitizmin səviyyəsi üzrə dünyada ilk yerlərdən birini tutur.
“Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti ölkədə artan antisemitizmin qarşısını almaq üçün heç bir addım atmır. Ermənistan azğın millətçiliklə və ölkənin iqtisadi və siyasi problemlərindən digərlərini ittiham edərək heç zaman heç nəyi həll edə bilməyəcəyini anlamayana qədər, burada yaşayan yəhudilər əziyyət çəkəcəklər”, - deyə A.Qut qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda antisemitizmin tarixi qədimdir. İkinci Dünya müharibəsi zamanı nasistlərin tərəfində iştirak edən “Erməni legionu” adlandırılan birləşmənin vəhşiliklərini xatırlamaq kifayətdir.
Bundan başqa, A.Qut məqaləsində Dağlıq Qarabağ ərazisində və Ermənistanın özündə eməni millətçilərinin Azərbaycan əhalisinə qarşı təşkil etdiyi etnik təmizləmələrini xatırladır.
F.Hüseynzadə