“Azərbaycan Hava Yolları” ASC (AZAL) bir sıra istiqamətlərə uçuşlara xüsusi “Yeni il” aksiyası keçirir. Bu barədə şirkətin saytında məlumat verilir.
Aksiya ilə əlaqədar London-Bakı-London (və geriyə) reysinə biletin qiyməti 399 funt sterlinq, Roma (və geriyə) - 449 avro, Milan (və geriyə) - 449 avro, Paris (və geriyə) - 449 avro, Praqa (və geriyə) - 449 avro, Pekin (və geriyə) - 449 avro, Cenevrə (və geriyə) - 399 avro, Təbriz və Tehran (və geriyə) - 209 avro təşkil edir.
Bişkek (və geriyə) reysinə biletlərin qiyməti 339 avro, Kazan (və geriyə) - 279 avro, Aktau (və geriyə) - 219 avro təşkil edir.
Bu aksiya dekabrın 15-dən yanvarın 14-dək əldə olunan biletlərə və 2015-ci il yanvarın 15-dən fevralın 28-dək uçuşlar üçün nəzərdə tutulur.
N.Abbasova