Masallı rayonunda əsaslı təmirdən sonra iki xəstəxana açılıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kalinovka və Boradigah kəndlərində yerləşən xəstəxanaların hər biri 15 çarpayılıqdır.Xəstəxanalar müasir avadanlıqla təmin olunub.Xəstəxanalarda müasir avadanlıqla təchiz edilmiş laboratoriya və doğum şöbələri fəaliyyət göstərir.Tibb müəssisləri 25 yaşayış məntəqəsində 50 min nəfərə xidmət göstərəcək.
Vətəndaşlara müxtəlif növ tibb xidmətləri göstəriləcək.Rayon sakinləri bundan sonra müalicə almaq üçün paytaxta üz tutmalı olmayacaqlar.
A.Zeydullayeva