2014-cü ilin yanvar-noyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 706 mln. 921 min manat vergi ödəyib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 14,8% çoxdur. Bu arədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Bununla belə, cari ilin noyabr ayında SOCAR dövlət büdcəsinə 142 mln. 373 min manat vergi ödəyib.
2014-cü ilin yanvar-noyabr ayları ərzində SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişlər 129 mln. 534 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 12,4% - İF-Az).
Bununla yanaşı, noyabr ayında şirkət DSMF-ə 10,618 mln. manat məbləğində ödəniş həyata keçirib.
2013-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 574 mln. 437 min manat təşkil edib.
2014-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə planı 1 mlrd. 825 mln. manat səviyyəsində müəyyən edilib.
N.Abbasova