Dekabrın 9-dan 12-dək Bakıda “Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması” mövzusunda seminar keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Seminarda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bundan başqa, nazirilk qeyd edir ki, Azərbaycan hərbçiləri, o cümlədən, “Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi” (ePRIME) kursunda iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşəcəklər.
F.İsazadə