2014-cü ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 mlrd. 959 mln. 902,147 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,4% çoxdur. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Ümumi dövriyyədən əqdlərin 51,7 %-i dövlət qiymətli kağızlarının payına düşür. Onların həcmi 4 mlrd.120 mln. 113,266 min manat (azalma 30,9%), korporativ sektorda əqdlərin həcmi 3 mlrd. 839 mln. 788,881 min manat (artım 3,5 dəfə) təşkil edib.
Hesabat dövründə ilkin bazarda Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilmə həcmi 76 mln. 160,232 min manat (azalma 14,1 %), təkrar bazarda 22 mln. 277,144 min manat (artım 27,1%) təşkil edib.
Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirilmə həcmi 148 mln. 62,075 min manat (azalma 47,1%), təkrar bazarda 332 mln. 804,674 min manat (artım 7 ,5 dəfə) təşkil edib. 2014-cü ilin yanvar-sentyabr aylarında repo əməliyyatları 3 mlrd. 540 mln. 809,139 min manat (azalma 35,9%) məbləğində olub.
Cari ilin yanvar-noyabr aylarında ilkin bazarda korporativ istiqrazların yerləşdirilmə həcmi 2 mlrd. 103 mln. 184,851 min manat (artım 19,2 dəfə), təkrar bazarda 807 mln. 627,156 min manat (artım 42,9%) təşkil edib.
Hesabat dövründə birja meydançasında 923 mln. 803,088 min manat (artım 2,4 dəfə), təkrar bazarda 5 mln. 173,784 min manat (azalma 69,2%) məbləğində səhm yerləşdirilib.
N.Abbasova