Azərbaycan Hökuməti Mülki Məcəlləyə hüquqi və fiziki şəxslərlə bağlı düzəlişlər layihəsini hazırlamağı planlaşdırır.Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.
Məlumatda qeyd edilir ki, dekabrın 9-da Vergilər Nazirliyində Mülki Məcəlləyə dəyişiklər edilməsi ilə bağlı təkliflərin hazırlanmasına həsr olunmuş iclas keçirilib.Komissiyanın işində xarici ekspertlər də iştirak ediblər.
Komissiyanın iclasında Vergilər Nazirinin birinci müavini Natiq Əmirov Mülki Məcəllənin hüquqi və fiziki şəxslərlə bağlı bölmələrinə dəyişiklik edilməsinin vacibliyini qeyd edib.
Komissiya almaniyalı ekspertlər tərəfindən hazırlanmış hüquqi şəxslərə aid düzəlişlər layihəsini müzakirə edib.
Məlumatda qeyd edilir ki, komissiya dekabrın 12-də Mülki Məcəlləyə düzəlişlər layihəsinin müzakirsini davam etdirəcək.
A.Əzizov