Postsovet məkanının üç ölkəsi - Ermənistan, Rusiya və Azərbaycan “Qlobal hərbiləşdirilmə
indeksi -2014”-də liderlik edən ölkələrin ilk onluğuna daxil olub. Bu barədə çərşənbə günü “Deutsche Welle“ radiosu məlumat verib.
“Qlobal hərbiləşdirilmə
indeksi” dövlətin hərbi aparatının bütövlükdə cəmiyyətə olan münasibətinin çəkisi və əhəmiyyətini əks etdirir. Alman radiostansiyası qeyd edir ki, indeks xüsusilə hərbi xərclərin ÜDM və səhiyyə sahəsinə xərclərlə nisbətini (ÜDM-dən faizlə), 0 cümlədən ağır silahların sayının və ölkənin bütün əhalisinin nisbətini öyrənir.
Bonn Beynəlxalq Konversiya Mərkəzinin təqdim etdiyi “Qlobal hərbiləşdirilmə
indeksi -2014” 2013-cü ildə əldə olunan məlumatlar əsasında qiymətləndirilib. Reytinqə 152 ölkə daxil edilib.
Burada İsrail, Sinqapur və Ermənistan liderlik edir. Tutduğu yerdən asılı olaraq ilk onluğa Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycan daxil olub.
Məruzənin müəlliflərinin rəyinə əsasən, Ermənistan və Azərbaycan arasında davam edən münaqişə ilə bağlı vəziyyət xüsusi təhlükə təşkil edir. Ekspertlər bunu, xüsusilə hər iki münaqiə tərəfinə silahın Rusiya tərəfindən tədarük olunması ilə əlaqələndirirlər. Məlumatda deyilir ki, Rusiya 2008-ci ildən etibarən həyata keçirilən hərbi islahat çərçivəsində silahlandırma sistemini modernləşdirir və müdafiə müəssisələrinin gücünü artırır.