SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə günü ölkənin dörd qaz paylama stansiyasına təmir işlərinə başlayıb.Bu barədə şirkətin məlumatında deyilir.
“Dekabrın 10-da saat 10:00-dan 18:00-dək Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Balakən” və “Dəliməmmədli” Qazpaylama stansiyalarında, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” və “Siyəzən” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Balakən, Quba və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür”,- deyə məlumatda qeyd edilir.
N.Abbasova