2014-cü ilin noyabr ayına olan vəziyyət görə, elektron imza sertifikatına malik olan hüquqi və fiziki şəxslərin sayı 27,536 min nəfər təşkil edir. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında qeyd edilir.
Noyabrın 30-na 4,528 min hüquqi şəxs, 6,392 min vətəndaş və 16,616 min dövlət orqanları əməkdaşı elektron imza sertifikatına malikdir.
Məlumatda qeyd edilir ki, Azərbaycanın regionlarında elektron imza istifadəçilərinin sayında artım müşahidə olunur.
N.Abbasova