Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabad rayonunun sakinləıri ilə görüşüb, onların şikayət və təkiflərini dinləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından 40-dan çox vətəndaşın qəbulu çərşənbə günü Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Vətəndaşların müraciətləri mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması və digər məsələlərlə bağlı olub.
Qəbul başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində nazir bölgənin mədəniyyət və turizm müəssisləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
A.Zeydullayeva