2012-ci ilin dekabrından 2014-cü ilin noktyabr ayının 30-na qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalına (www.e-gov.az) daxilolmaların ümumi sayı 3 mln. 255,455 min təşkil edib. Bu barədə portalın məlumatında deyilir.
“Elektron hökumət” portalı üzərindən təqdim edilən xidmətlərin sayı 386 ədəd təşkil edir.
Məlumata əsasən, portala müraciət edənlərin ümumi sayı 1 mln. 67,42 min nəfər təşkil edib.
“Ümumilikdə bu gün vətəndaşlarn portala marağının artması müşahidə olunmaqla yanaşı, portala təkrar müraciət edənlərin də sayı artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 32,9%-ni yeni istifadəçilər, 67,1%-ni isə təkrar müraciət edənlər təşkil edib” - deyə məlumatda qeyd edilir.
1 dekabr 2014-cü ilə 141,397 min istifadəçi portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alıb.
Bu ilin noyabr ayında müraciətlərin əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, RYTN, Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən xidmətlərdən istifadə ilə bağlı olub.
N.Abbasova