2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $9 mlrd. 71 mln. təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,5% azdır.
AMB-nin saytında dərc edilmiş 2014-cü ilin yanvar-sentyabr ayları ərzində tədiyə balansına əsasən, hesabat dövründə neft-qaz sektoru üzrə profisit $15,1 mlrd. təşkil edib, baxmayaraq ki, qeyri-neft sektoru üzrə kəsir $6 mlrd.-a bərabər olub.
AMB-nin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi $29 mlrd. 656 mln. təşkil edib və Azərbaycan xarici ticarətdə $16 mlrd. 208 mln. həcmində profisitə malik olub. Bununla belə, xarici ticarət dövriyyəsinin həcmində 7,6% MDB ölkələrinin, 92,4% uzaq xarici ölkələrin payına düşüb.
$23 mlrd. 932 mln. həcmində ixracın strukturunda $21 mlrd. 752,1 mln. neft və neft məhsullarının payına düşüb ki, bu da Azərbaycanın mal ixracının ümumi həcminin 94.9%-ni təşkil edir.
$6 mlrd. 723,6 mln. həcmində idxalın strukturunda $3 mlrd. 65,1 mln. istehlak mallarının, o cümlədən $916,9 mln. ərzaq mallarının payına düşüb. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya mallarının idxal həcmi $715,6 mln., digər malların - $2 mlrd. 942,9 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $12 mlrd. 318 mln. təşkil edib.
A.Axundov