Dövlər Sərhəd Xidmətinin əməkdaşları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 11 kq narkotik vasitənin keçirilməsinin qarşısını alıblar. Bu barədə DSX-nin mətbuat xidməti cümə axşamı məlumat verib.
Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri Fuad Hüseynov İsmayıl və İlqar Bağırov narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.
Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
R.Babayev