Bakı məktəblərinin müəllim və şagirdləri Mixail Lermontovun yaradıcılığına həsr olunan video-lektoriyada iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun nümayəndəliyindən məlumat verilib.
Tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Sankt-Peterburq Prezident Kitabxanası tərəfindən təşkil olunub.
M.Lermontovun yaradıcılığı Qafqaz ilə sıx bağlı olub. Bakı studiyasında sənətşünas Cavad Babayev iştirakçılara şairin 200 illiyinə həsr olunan Azərbaycan və Rusiyada keçirilən tədbirlər barədə məlumat verib.
Sankt-Peterburqda studiyada “Tarxanı” Dövlət Lermontov qoruq-muzeyinin əməkdaşı Yelena Rodina, Şimali Qafqaz Federal Universitetin professoru Denis Petrenko və Tatyana Cyornaya çıxış ediblər. Onların çıxışları şairin gənclik illəri və Qafqazda xidmət etdiyi dövrə həsr olunmuşdu.
A.Zeydullayeva